"Beyləqandan gəlmişəm. Dünən televiziyadan eşitdim ki, oğlum Nurlan Ataşov da əfv olunanlar siyahısındadır. Sevincimdən hələ də şokdayam".

"Unikal" xəbər verir ki, bunu oğlu əfv olunan Lətafət Ataşova deyib. O, məhbus analarına böyük sevinc bəxş etdiyi üçün ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib:

"Prezidentimizə çox təşəkkür edirəm ki, bizə bu böyük sevinci yaşatdı. Oğlum 2002-ci il təvvəllüdlüdür. 5 il 7 ay həbs cəzasına məhkum olunmuşdu. Cəzasının 4 il 9 ayını çəkmişdi, digər hissəsindən azad olundu. Arzu edirəm ki, digər məhbuslar da qarşıdakı əfv sərəncamlarında azadlığa çıxsın".

Anar Kəlbiyev