Türkiyənin Böyükada adasında turist avtobuslarından istifadəyə qarşı etiraz aksiyası başlayıb.

"Unikal" xəbər verir ki,  bu barədə Türkiyə mətbutaı məlumat yayıb.

Məlumata görə, insanların narazılığına İstanbul Nəqliyyat Baş İdarəsinin turistlərin hərəkəti üçün adaya on mikroavtobus çatdırılması qərarı səbəb olur. Eyni zamanda, Büyükadada avtomobillərin hərəkətinə qadağa qoyulub. Yalnız elektrikli avtomobillər və velosipedlərlə səyahət edə bilər. 

Etirazçıların fikrincə, avtobuslar və avtomobillər adada atmosferi poza bilər. Onlar həmçinin belə nəqliyyat vasitələrinin istifadəsinin ərazinin unikallığının qorunub saxlanmasına mane olacağından ehtiyat edirlər.

Nəticədə Vətəndaş Təşəbbüsünün üzvləri etiraz aksiyası keçirmək qərarına gəliblər. Bundan əlavə, onlar İstanbul bələdiyyəsinə və digər səlahiyyətli orqanlara məktub göndərərək turist avtobuslarından istifadə qərarının ləğv edilməsini tələb ediblər.