"Kann" Film Festivalında premyerası olan "All We Imagine as Light" filmi qırmızı xalçada bir çox məşhur adı qonaq edib.

"Unikal" xəbər verir ki, gecənin ən diqqət çəkən adlarından biri də türkiyəli sosial media fenomeni və məşhur aşpaz CZN Burak olub.

Gənc fenomenin belə məşhur bir qurumda qonaq qismində görünməsi sosial mediada böyük əks-səda yaradıb. “Kababxana işçisinin orada nə işi var?” kimi tənqidlərə məruz qalan və çoxlu mənfi rəylər alan CZN Burak mövzu ilə bağlı qısa açıqlama verərək, onun haqqında yazılan mənfi fikirlərə reaksiya verib.

"Bəyənsən də, bəyənməsən də! Türkiyədə ən çox izləyicisi olan hesab mənəm. Bəzi insanların niyə belə etdiyini anlamıram. Bizi dəvət etdilər, getdik, filmə baxdıq, mükafat aldıq, geri qayıdırıq. Amma insanlar niyə belə edirlər, anlamıram".