Ermənistanda hərbi təlimlər zamanı tank hərbçiləri daşıyan “URAL” markalı hərbi avtomobillə toqquşub.

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində müddətli hərbi qulluqçu əsgər Ararat Aroyan həlak olub, daha 6 əsgər isə yaralanıb.

XXX

23:10

Ermənistan ordusunun hərbçisi ölüb.

Unikal” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ararat Aroyan adlı hərbçinin hələlik məlum olmayan səbəblərdən xəsarət aldığı bildirilir.

Məlumata görə, həkimlərin səyinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.