Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
"Unikal" xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Toplantıda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov və digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, iclasda həmçinin "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara dəyişiklik edilməsi müzakirə ediləcək.
Anar Kəlbiyev