Heydər Əliyev Mərkəzində 23-26 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Heydər Əliyev Mərkəzinin və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı, həmçinin “Paşa Holdinq”in baş sponsorluğu ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR) keçirilib. Bu ilki konfransın mövzusu “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl Transformasiya və İqlim Maliyyələşdirilməsi”dir. 

"Unikal" xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransda Azərbaycan Bələdiyyələrininin Milli Assosiasiyalarının (ABMA) nümayəndələri də iştirak edib. Qeyd edək ki, konfrans çərçivəsində ABMA-nın, UNEC-in və Regional İnkişaf İctimai Birliyinin dəstəyi, bələdiyyə nümayəndələrinin, habelə  xarici qonaqların da iştirakı ilə Nərimanov bələdiyyəsinin parkında ağacəkmə aksiyası keçirilib.

Aksiyada 100 ədəd küknar və “Azərsun Holdinq” tərəfindən təqdim edilmiş zeytun  ağacları əkilərək onlara aqrotexniki qulluq göstərilib.