Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 106 illiyi münasibətilə tədbir keçririlib.

"Unikal" xəbər verir ki, tədbirdə professor-müəllim heyəti, inzibati heyət nümayəndələri ilə yanaşı Tələbə Elmi Cəmiyyətinin fəalları iştirak edib.

Azərbaycan Respublikasının Himni ilə başlanan tədbirdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan ATMU-nuu rektoru İlham Mədətov yeni təşəkkül tapan gənc respublikada demokratik prinsiplərin əsas götürüldüyünü,Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq bərabərliyinin təmin olunduğunu dedi.Rektor diiqqətə çatdırdı ki,AXC-nin 23 aylıq fəaliyyəti dövründə qadınlara kişilərlə bərabər seçki hüququ verilib, irqi, milli, dini bərabərsizliklər ləğv edilib. Ana dilinə dövlət dili statusu verilib, xalq maarifinin və mədəniyyətin digər sahələrinin inkişafına xüsusi qayğı göstərilib. Azərbaycanın ilk müasir universiteti təsis olunub, təhsil milliləşdirilib. Qonşu respublikalarla sərhədlərin müəyyənləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Ulu Öndər 1997-ci il mayın 27-də Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə təşkil edilən təntənəli yığıncaqdakı nitqində deyib: “Bu respublikanın yaranması və az müddətdə olsa da yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır”.Rektor İ.Mədətov” tarixən o qədər də böyük olmayan bir müddət –cəmi 23 ay mövcudluğuna baxmayaraq AXC çox böyük və taleyüklü problemləri həll etməyə müvəffəq olub”sözlərini xüsusi vurğulayıb.

Məhəmməd  Əmin  Rəsulzadənin “Haqq verilməz, alınar! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!” sözlərindən iqtibasla çıxışa başlayan  ATMU-da fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının rəhbəri tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı AXC-nin olduqca çətin şəraitdə fəaliyyət tarixinə detallı faktlarla aydınlıq gətirib.1918 ci il dekabrın 7-də Azərbaycan Parlamentində 11 fraksiyanın-“Müsavat” və bitərəflər,  “İttihad”,"Əhrar", Sosialistlər, Bitərəflər, Müstəqillər, Sol müstəqillər, “Slavyan‐rus cəmiyyəti”, Milli azlıqlar,Erməni və “Daşnaksutyun” fraksiyasının olduğunu iştirakçıların bir daha diqqətinə çatdırıııb. Azərbaycanın mübarizələrlə zəngin şərəf tarixinin hər zaman önəm daşıdığını deyən M.Zülfüqarlı 44 günlük Vətən Müharibəsində “Haqq verilməz, alınar!” çağırışının “qəhrəman vətən övladları qanı-canı bahasına layiqincə gerçəkləşdirdilər” sözləri ilə çıxışını bitirib.
Tədbirin birinci bölümü AXC-nin fəaliyyətində  elmi yanaşmanı şərtləndirən fikir mübadiləsi çərçivəsində başa çatıb. 

Azərbaycan Turizm və Menecment  Universitetinin (ATMU) tədbirlər zərfinə uyğun ali təhsil müəssisəsində AXC-nin106 illiyi münasibətilə keçirilən sərgiyə isə onlarla gənc baxıb. ATMU-nun Kitabxana-İnformasiya Mərkəzi (KİM) tərəfindən təşkil edilən sərginin fəaliyyətində əsas hədəf tarixi şəxsiyyətlərimizi yaxından tanımaqla bərabər, 23 ayın qürurunu daim qəlblərdə yaşatmaqdır.