Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Eyvazov Elvin Daşdəmir oğlu Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!", - deyə məlumatda qeyd olunub.