Batumidə “Grand Bellagio Championship" kikboksinq və MMA üzrə beynəlxalq turnir keçirilib.
"Unikal” report-a istinadən xəbər verir ki, Acarıstanda ilk dəfə keçirilən turnirdə doqquz döyüşdən dördü kikboksinq, beşi isə MMA qaydaları əsasında aparılıb.
Batumidə yerli idmançılarla yanaşı, Braziliya, Mərakeş, Rumıniya, Azərbaycan, Bəhreyn və Türkiyədən də idmançılar mübarizə aparıblar.
Turnirdə döyüşən azərbaycanlı idmançılar - dünyaca məşhur kikboksçu Zabit Səmədov, Ruslan Nağıyev və David Allahverdiyev rəqiblərinə nokautla qalib gəliblər.
Tədbirə həmçinin dünya məşhur idmançılar - amerikalı qaydasız döyüşçü, Hollivud filmlərinin aktyoru Bob Sepp və qol güləşi üzrə dünya çempionu Levan Saqinaşvili iştirak edib.
Tədbirin təşkilatçısı azərbaycanlı idmançı, kikboksinq üzrə 7 qat dünya, 3 qat Avropa çempionu, "Grand Bellagio Championship"nun prezidenti Alim Nəbiyevdir.