Konqo Demokratik Respublikasının Cənubi-Kivu əyalətində futbol meydançasına ildırım düşməsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Kalehe rayonunda “Fudre de Maibano” ilə “Karasi” komandası arasında keçirilən futbol matçı zamanı meydançaya ildırım düşüb.

İldırım vurması nəticəsində biri 3 yaşlı uşaq olmaqla 4 nəfər ölüb.  Yaralılara rayon xəstəxanalarında tibbi yardım göstərilib.