Bir kərə yüksələn bayraq bir daha enməz.

"Unikal" xəbər verir ki, bu ifadələr Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın 28 May – Müstəqillik Günü münasibətilə təbrik mesajında yer alıb.

Azərbaycan və Türkiyə bayraqları ilə yayımlanan paylaşımda “Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!”, - deyə qeyd olunub.

Paylaşım Azərbaycan və türk dillərində edilib.