Bu gün səhər saatlarında Kirants kəndinin üzərində Azərbaycan bayrağı ucaldılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Kirants kəndinin başçısı Kamo Şahinyan bildirib. 

"Bizim bayrağımız olan yerin qarşısında onların bayrağı var. Onların sərhədçiləri, hərəkətləri kənddən görünür, düz xətt üzrə bizim sərhədçilərdən təxminən 200 metr aralıdadırlar. Hələ kəndə gəlməyiblər, yeni yol çəkilənə qədər yol işləyir, məncə, iyulun 24-nə qədər müddət var", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu