Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

“Unikal” Bakupost.az-a istinadən xəbər verir ki, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək.

Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Qeyd edək ki, M. Abbasbəyli 2 iyul 2020-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri idi.