Qəbələdə ictimai qayda pozuntusuna yol verdiyinə görə saxlanılan bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl sərbəst buraxılıblar.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Bildirilib ki, onlarla profilaktik iş aparılıb və sərbəst buraxılıblar.

*** 16:50

Qəbələdə ictimai yerdə nalayiq hərəkətlərə yol verən şəxslər Polis Şöbəsinə dəvət olunublar.

"Unikal" DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, ictimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək.

Qeyd edək ki, sosial şəbəkədə bloger Fatimə Mövlamlı və Nicat İsmayılın Qəbələdə polis tərəfindən saxlanılması barədə məlumat yayılıb.