Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi birləşməsinin xüsusi təyinatlıları ilə “Piyada olaraq və texnikada reyd tədbirlərinin keçirilməsi” mövzusunda xüsusi-taktiki təlim təşkil olunub.

"Unikal" xəbər verir ki, təlimlər zamanı xüsusi təyinatlılarla uzun məsafələrə piyada taktiki yürüş keçirilib. Plana uyğun olaraq yaşamaq uğrunda mübarizənin amilləri, müxtəlif şəraitlərdə sığınacaqların hazırlanması, həmçinin çətin iqlim və relyef şəraitlərində dağlarda hərəkət üsulları üzrə məşğələlər keçirilib, gecə şəraitində taktiki hazırlıq üzrə normativlər qəbul edilib.

Təlimlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.