AMEA-nın professoru, kimya elmləri doktoru Vidadi Hüseynov vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, o, ötən gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Hüseynov 1950-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olub. 1975-ci ildən AMEA-da işləyib.