Rusiya prezidenti Vladimir Putinin Altay diyarının Onquday rayonundakı iqamətgahındakı binalardan biri demək olar ki, tamamilə yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
"Altay Respublikasının Onquday bölgəsində Putinin daçasında yanğın olub. Rusiya prezidenti Vladimir Putinin 2015-ci ildə İtaliyanın baş naziri Berluskonini qəbul etdiyi iqamətgahın binalarından biri yanır”, - kanllardan biri yazıb.
Altay diyarınnı Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti nəşrin Onqudai rayonunda son 24 saat ərzində baş verən yanğınlarla bağlı sualını cavablandırmaqdan imtina edib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
2010-cu ildə tikilən daçaya üç milyard rubl xərclənib. "Sirena" teleqram kanalının məlumatına görə, iqamətgahın ərazisində hasara alınmış meşə sahələri və maral yetişdirilməsi üçün ferma var. Kanal bildirir ki, Putin bu heyvanların buynuzlarının ekstraktı ilə vanna qəbul edir. Bu prosedurun ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırdığı və dərini cavanlaşdırdığı bildirilir.
Rusiyanın “Novaya qazeta” yazıb ki, regional hakimiyyət Putinin iqamətgahının “Qazprom”a məxsus “Altay Kompleksi” kompleksinin böyük mehmanxana və turizm kompleksidir. Şirkətin özü nəşrə bildirib ki, müəssisə korporativ tədbirlərin keçirilməsi, xarici qonaqların qəbulu və biznes tərəfdaşları ilə görüşlərin keçirilməsi üçün nəzərdə tutulub.
Gülayə Mecid