"Publik hüquqi şəxslərlə bağlı məsələdə çox ciddi islahata ehtiyac var. Düşüncə dəyişməlidir. 2022-ci ildə 40 publik hüquqi şəxs olub. 442 milyon manat vəsiat ödənilib. Bunun iqtisadi mahiyyəti dövlətin büdcə yükünü azaltmaqdır. Bu get-getə büdcə yükünü artırır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bunun yaradılmasının məqsədəuyğunluğuna bir daha baxılmalıdır:

"Dövlət sifarişlərinin əksəriyyətinin öhdəliklərini publik hüquqi şəxslər yerinə yetirə bilmirlər. İstsina olaraq bəzi publik hüquqi şəxslər bu rolu ifa edirlər. Bütövlükdə, özəlləşməyə xüsusi diqqət yetirib bu sahədə gəlirlərin artması istiqamətinə baxmalıyıq".

Anar Kəlbiyev