Dünyada hər il 8 milyon insan tütün istifadəsi səbəbindən ölür.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin 1,3 milyonu siqaret çəkməyənlər, yəni siqaret tüstüsünə məruz qalmış və müxtəlif xəstəlikləri olan insanlardır.
Araşdırmalara görə, siqaretin xərçəngə, ağciyərlərin və ürək-damar sisteminin şiş olmayan xəstəliklərinə səbəb ola biləcəyi sübut olunub. Su ilə süzülmüş tütün, qəlyanın orqanizmə xroniki təsiri az olsa da, müəyyən qədər təsiri var: "Dünyada ağciyər xərçəngi olan insanların təxminən 95 faizi siqaret çəkəndir".
Xatırladaq ki, 31 May Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur.
Ağarza Elçinoğlu