Hazırda Azərbaycanda 1 şəhərin və 3 rayonun icra başçısı vəzifəsi boşdur.

"Unikal"ın məlumatına görə, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.

Prezident Qusarın icra başçısını işdən çıxardı

Beləliklə, Qusar rayonunun icra başçısı vəzifəsi boş qalıb.

Prezidentin vəzifədən çıxardığı Əhəd Abıyev kimdir? - DOSYE

Bundan başqa, Daşkəsən rayonu da hazırda icra başçısı olmayan rayonlardandır. Belə ki, rayona 12 il müddətdən çox rəhbərlik etmiş Əhəd Abıyev 17 iyul 2023-cü ildə vəzifəsindən azad edilib. Onun yerinə təyinat olmayıb.

Prezident bu icra başçısını İŞDƏN ÇIXARDI - Unikal.az

Həmçinin, Culfa rayonunun icra başçısı Siyam Çərkəz oğlu Hacıyev 31 avqust 2023-cü il tarixində işdən çıxarılıb və onun da yerinə təyinat aparılmayıb.

Prezidentin işdən çıxardığı Mirsənani Seyidov KİMDİR?... - DOSYE

 

17 noyabr 2023-cü il tarixində isə Prezident İlham Əliyev Mirsənani Seyidovu Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Şəhər rəhbərinin yerinə hələ ki, təyinat olmayıb.

Murad İbrahimli