"Qarabağ" 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

"Unikal" xəbər verir ki,  İspaniya təmsilçisi "Real"ın turnirin qalibi olması Azərbaycan çempionunun işinə yarayıb.

"Köhlən atlar"la yanaşı Macarıstanın "Ferentsvaroş" kollektivi də bir mərhələdən azad olacaq.

Hər 2 komanda səpələnməmişlər səpətində yer alacaq.

Bu raundun püşkü iyunun 19-da atılacaq. II təsnifat mərhələsinin ilk oyunları 23-24 iyulda, cavab qarşılaşmaları 30-31 iyulda gerçəkləşəcək.