Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

"Unikal"ın məlumatına görə, həlledici final matçında "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəliblər.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib - 2:1.

*** 21:42

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasında üçüncü qol vurulub.

"Unikal" xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın 62-ci dəqiqəsində Abdullah Zubir komandasını önə keçirib. Ağdam təmsilçisinin ilk qolunu 42-ci dəqiqədə Olavio Juninyo vurub.

“Zirə”də isə 57-ci dəqiqədə İsmayıl İbrahimli fərqlənib.

Matçda ikinci hissə davam edir.

***21:28

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasında hesab bərabərləşib.

"Unikal" xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqibi cəzalandırıb. Ağdam təmsilçisinin qolunu isə birinci hissənin 42-ci dəqiqəsində Olavio Juninyo vurub.

Matçda ikinci hissə davam edir.

*** 20:58

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasının ilk hissəsi başa çatıb.

"Unikal" xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən matçın ilk yarısından sonra Ağdam klubu 1:0 hesabı ilə qalib gəlir. Qolu 42-ci dəqiqədə Olavio Juninyo vurub.

*** 20:50

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasının ilk hissəsində hesab açılıb.

"Unikal" xəbər verir ki, “Liv Bona Dea Arena”da oynanılan görüşün 42-ci dəqiqəsində Olavio Juninyo hesabı açıb.

*** 20:26

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasına start verilib.

"Unikal" xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən görüş 20:00-da başlayıb.

Oyunu Rəvan Həmzəzadə idarə edir.

*** 20:06

Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər bəlli olub.

"Unikal" xəbər verir ki, komandalar meydana aşağıda qeyd olunan “11-lik”də çıxacaqlar.

“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

Qeyd edək ki, görüş 20:00-da start götürəcək.

*** 10:06

Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

"Unikal" xəbər verir ki, finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.