Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında son oyununu keçirəcək.
"Unikal" xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma Bakıda Avstriya ilə üz-üzə gələcək.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, əvvəlki beş oyunda iki qələbə qazanan Azərbaycan milisi altı xalla 12 komanda arasında 8-ci sırada qərarlaşıb. Sonuncu sıradakı Avstriyanın isə xalı yoxdur.