Fransa millisinin hücumçusu Kilian Mbappe "Real"la müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat verib.

Onun məlumatına görə, transferi başa çatdırmaq üçün bütün lazımi sənədlər imzalanıb. "Real Madrid" bu həftə Mbappenin transferini rəsmən elan edəcək.

Mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra PSJ-dən ayrılacağını rəsmən açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard Fransa klubundan ayrılır.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.