Əzmkarlığa görə futbolçularıma təşəkkür edirəm. Birinci hissədə rəqib üstün idi. İkinci hissədə isə açıq futbol getdi. Düşünürəm ki, azarkeşlər ikinci yarıdan zövq aldılar.

"Unikal" xəbər verir ki, bu sözləri “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, bu matçın komandanın böyüməsinə təsir edəcəyini bildirib: “Qarabağ” kimi komandaya qarşı oynamaq çətin idi. Lakin oyunçular döyüşdü. Çalışacağıq ki, ruhdan düşməyək və avrokuboklara ciddi hazırlaşaq. Əsas plan ilk hissədə rəqibə qarşı ehtiyatlı oynamaq idi. Oyun sistemimiz dəyişməmişdi. İki il öncə Qəbələdəki sistemlə mübarizə apardıq”.

Onun sözlərinə görə, komanda əks-hücumlara əsas diqqət ayırıb: “Rəqib cinahlarda təhlükəli idi. Oyundan əvvəl də uşaqlarla danışmışdıq ki, 60-ci dəqiqədən sonra irəli atılaq”.