Türkiyənin "Fənərbaxça" klubu portuqaliyalı tanınmış baş məşqçi Joze Mourinyo ilə rəsmi müqavilə imzalayıb.
"Unikal" xəbər verir ki, İstanbul şəhərinin Kadıköy rayonunda yerləşən “Ülkər” stadionunda təşkil olunan imzalanma mərasimi azarkeşlərə açıq keçirilib.
61 yaşlı mütəxəssis tərəfdarlara səslənərək Türkiyə futbolu və liqasının inkişafına kömək etmək istədiyini bildirib: "Burada 30 minə yaxın azarkeş var. Bu, o deməkdir ki, mən işimdə olduqca məsuliyyətli olmalıyam. Artıq özümü "Fənərbaxça" ailəsinə aid hiss edirəm. Əsas məqsədim klubu inkişaf etdirməkdir. Bu andan etibarən sizin xəyallarınız mənim xəyallarımdır".
Qeyd edək ki, Joze Mourinyonun son iş yeri bu ilin yanvarında yollarını ayırdığı İtaliyanın “Roma” komandası olub.