Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” komandası növbəti mövsümün hazırlıqlarına davam edir.
"Unikal" xəbər verir ki, idarə heyətinin növbəti iclasında yeni mövsümlə bağlı bir sıra qərarlar qəbul edilib.
İclasda ilk olaraq ötən mövsümdə “Şamaxı”nın İ Liqada çempion olmasında baş məşqçi kimi verdiyi töhfəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlıq ediblər və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğunu vurğulayıblar.
Müzakirələr nəticəsində Ramiz Məmmədovun idarə heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq kluba başqa bir baş məşqçinin dəvət edilməsi qərara alınıb.