Yaponiyanın İşikava əyalətində baş verən 6 bal gücündə zəlzələdə bölgədə 5 binanın dağıldığı bildirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisədə can və mal itkisinin olmadığı açıqlanıb.
***08:01
Yaponiyanın İşikava prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.
"Unikal"ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Noto yarımadası ərazisində, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsinin elan edilməsinə baxmayaraq, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edildi. İlk zəlzələdən 10 dəqiqə sonra eyni ərazidə eyni gücdə daha bir zəlzələ baş verdi.