ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə 2001-ci il 11 sentyabr terror aktları ilə bağlı sənədlərin məxfiliyini ləğv edəcək.
"Unikal" xəbər verir ki, bu barədə eks-prezident Amerikanın Fox News telekanalına müsahibəsində bildirib.
Bundan əlavə, o, 1963-cü ildə ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli, habelə azyaşlılar da daxil olmaqla qadınları cinsi istismarda ittiham olunan və həbsxanada intihar edən milyarder Cefri Epşteynin işi ilə bağlı sənədləri də dərc etməyə hazır olduğunu açıqlayıb.
Onun sözlərinə görə, bu, Amerika institutlarına itirilmiş etimadı bərpa etmək üçün ediləcək.
Ağarza Elçinoğlu