Misir prezidenti Əbdülfəttah əs-Sisi hökumətin istefasını qəbul edib və hazırkı baş nazir Mustafa Madbuliyə yeni kabineti formalaşdırmağı tapşırıb.
"Unikal" xəbər verir ki, bu barədə "Power News" hökumət ofisinin bəyanatına istinadən məlumat yayıb.
"Prezident Madbouly-ə səriştə və təcrübəyə malik olan insanlardan ibarət yeni hökumət yaratmağı tapşırıb", - bəyanatda deyilir. Həmçinin bildirilir ki, prezident müvafiq qərarı ona bildirmək üçün hökumət başçısını qəbul edib.
Əl-Sisi hazırda üçüncü prezidentlik müddətindədir və konstitusiyaya görə, 2030-cu ilə qədər vəzifəsində qalacaq.
Gülayə Mecid