Ermənistanda "Civic" xəbər agentliyinin jurnalisti Davit Levonyan aksiyaların lideri keşiş Baqrat Srbazanın "KGB" agenti olduğunu iddia edib. O, keşişin Kremldən milyonlarla dollar aldığını və buna görə də aksiyalar təşkil etdiyini, müxtəlif bəyanatlarla çıxış etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlama yayıb.
MTX Baqrat Srbazanın agent olması ilə bağlı yayılan məlumatı rəsmən təkzib edib.
Davit Levonyanın iddia edilən yalan məlumatı ilə bağlı cinayət işi başlanmasa da, Srbazan artıq onu məhkəməyə verib.
Ağarza Elçinoğlu