İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçən namizədlərin sayı 5 gün ərzində 37-yə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin seçkiqabağı qərargahının nümayəndəsi Möhsün Eslami bildirib.
"Prezident seçkilərində iştirak etmək üçün ümumilikdə 37 nəfər qeydiyyatdan keçib, iyunun 3-ü son qeydiyyat günüdür", - deyə o qeyd edib.
Onun sözlərinə görə, 37 ərizəçidən 20-si iyunun 2-də seçki qərargahına sənəd təqdim edib. Onların arasında İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da var.
İyunun 4-dən etibarən namizədlərin prezidentliyə uyğun olub-olmadığını yoxlamaq üçün Konstitusiyanın Mühafizə Şurası tərəfindən bir həftə müddətinə yoxlanılacaq. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.
Növbədənkənar prezident seçkiləri iyunun 28-nə təyin edilib.
Ağarza Elçinoğlu