İsrail girovları azad etmək qarşılığında Qəzza zolağında döyüşləri 42 günlük dayandırmağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, Fələstinin HƏMAS hərəkatı tamamilə məhv edilənə qədər və bütün məqsədlərə çatana qədər müharibə dayandırılmayacaq. Kan Radio .
"Girovları qaytarmaq üçün 42 gün ərzində hərbi əməliyyatları dayandıra bilərik, lakin tam qələbə qazanmaqdan vaz keçməyəcəyik", - baş nazir parlamentin xarici işlər və müdafiə komitəsinin üzvləri ilə qapalı söhbət zamanı deyib.
Ağarza Elçinoğlu