İran prezidenti vəzifəsini icra edən Məhəmməd Möhbər İbrahim Rəisinin təyyarə qəzasında ölməsindən sonra qarşıdan gələn növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürmək fikrində deyil.
“Unikal” xəbər verir ki, bu barədə məlumatlı mənbəyə istinadən Tasnim agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, Məhəmməd Möhbər son günlərdə aldığı müraciətlərə baxmayaraq prezident seçkilərində iştirak etməkdən imtina edib.