Avstriyanın ilk qadın kansleri Bricit Birlyayn 74 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Avstriya hökumətinin hazırkı rəhbəri Karl Nehammer məlumat verib.
Hüquq elmləri doktoru Bricit Birlyayn 2003-cü ildə Avstriya Konstitusiya Məhkəməsinin üzvü olub, 2018-ci ildən isə məhkəməyə rəhbərlik edib və bu vəzifəni tutan ilk qadın olub.
Kansler Sebastyan Kurts istefa verdikdən sonra ona 2019-cu ildə keçiriləcək növbəti milli seçkilərə qədər Avstriyanın keçid hökumətini qurmaq və ona rəhbərlik etmək tapşırılıb. Parlament daha sonra onu bu vəzifəyə təsdiqləyib.
Nuranə Abbasova