İyunun 3-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqdən 360 km aralıda yerləşən Hələb şəhərinə endirdiyi aviazərbə nəticəsində İranın Suriyadakı hərbi müşaviri ölüb.
“Unikal” xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
Məlumata görə, Səid Abiyar İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçilərindən olub.