ABŞ Xarici Təsirdə Şəffaflıq Aktı ilə əlaqədar Gürcüstana dərhal viza sanksiyaları tətbiq etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
Lakin o, gələcək məhdudiyyətləri hələ açıqlamayıb.
"Biz açıq şəkildə bildirdik ki, onları tətbiq etməkdən çəkinməyəcəyik", - deyə Miller qeyd edib.