Əgər F-16 qırıcıları Ukrayna ərazisi üzərindən uçsa, Rusiya Silahlı Qüvvələri onları vuracaq.
“Unikal” xəbər verir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
Qavrilov xatırladıb ki, F-16 nüvə silahı daşıyıcısı ola bilər, ona görə də Rusiya üçün bu qırıcının Ukrayna səmasında olması nüvə təhlükəsizliyi məsələsidir. Hava gəmisi havaya qalxdıqdan sonra "biz onun nə daşıdığını, bir yarım ton bomba və ya nüvə taktiki yükü olduğunu bilmirik."
Diplomat Rusiya prezidenti Vladimir Putinin “Kiçik ölkələr nə ilə oynadıqlarını dərk etməlidir” deyən bu yaxınlarda verdiyi bəyanatı xatırladıb.