Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.