Livandan atılan raketlər və pilotsuz təyyarələrin hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Hadisə nəticəsində İsrail Müdafiə Qüvvələrinin 6 əsgərinin yaralandığı bildirilib.
"Kiryat Şmona və Kfar Gilad şəhərlərində bir neçə ev yanıb. Bundan başqa, Livanla həmsərhəd Qaliley bölgəsində də yanğınlar qeydə alınıb. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub", - İsrail Yanğın və Xilasetmə Xidmətinin məlumatında deyilir.
Livanın "Hizbullah" qruplaşması da öz növbəsində İsrail hədəfləri istiqamətində pilotsuz təyyarələr və raketlər buraxdığını açıqlayıb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, ümumilikdə ən azı 30 raket atılıb. Onların hamısı açıq yerə düşüb.
Ağarza Elçinoğlu