Beynin qocalmasını yavaşlatmaq barəsində İllinoys Universitetinin (ABŞ) alimləri araşdırma aparıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, bir neçə qida beynin qocalmasını yavaşlatır.
Qeyd edilir ki, bu qidalara balıq, kətan toxumu, çia toxumu, balqabaq və günəbaxan tumları və qozda rast gəlinən eikosapentaenoik turşusu və lipoik turşusu daxildir.
“Üç fərqli karotenoid, bir çox meyvə və tərəvəzə xarakterik rəng verən fitopiqmentlər, gecikmiş beyin yaşlanmasının qidalanma profilində əsas rol oynayır. Karotenoidlərlə zəngin qidalara ispanaq, kələm, qarğıdalı, bolqar bibəri (qırmızı, yaşıl və ya sarı), pomidor, qarpız, qreypfrut, qovun, brokoli və yerkökü daxildir”, - alimlər əlavə ediblər.
Gülayə Mecid