İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş nazir İmran xana və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşiyə dövlət sirrinin açıqlanması ilə bağlı ittiham üzrə bəraət verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı sabiq baş nazirin vəkillərinin verdiyi açıqlamaya görə, İslamabad Ali Məhkəməsi Xana bəraət qazandırıb.
"Xan və Qureyşi digər ittihamlar üzrə nəzarət saxlanılmadıqları təqdirdə dərhal sərbəst buraxılmalıdır", - məhkəmənin qərarında deyilir.
Xatırladaq ki, İmran Xan bu yaxında korrupsiya və çirkli pulların yuyulması ilə bağlı ittiham üzrə zaminə buraxılsa da, dövlət sirri haqqında qanunu və islami nikah normalarını pozduğuna görə həbsxanada saxlanılmışdı.