Türkiyənin Bursa şəhərində atası tərəfindən avtomobildə buraxılan azyaşlı həyatını itirib.
"Unikal" xəbər verir ki, 4 yaşlı oğlanın ölümünə səbəb havasızlıq olub. Belə ki, 47 yaşlı Mehmet G. övladını avtomobildə tək qoyaraq iş yerini yoxlamağa gedib. Saatlar sonra geri qayıdan ata gözlənilməz hadisə ilə qarşılaşıb.
O, oğlunun nəfəs almadığını görüb və ona ilkin tibbi yardım göstərib. Hadisə yerinə gələn tibb işçiləri azyaşlının havasızlıqdan boğularaq öldüyünü bildiriblər.