Ermənistan və Azərbaycanın qarşılıqlı əsasda bildirdikləri mövqeyə əsasən, hər biri digərinin konstitusiyasında uzunmüddətli sülhün bərqərar olması üçün mühüm problemlər və maneələr görür.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2023-cü il büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
"Bu, heç də o demək deyil ki, Ermənistanda konstitusiya dəyişikliyi məsələsi Ermənistan və Azərbaycan arasında danışıqların predmetidir, belə bir şey yoxdur", - nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, Ermənistan əmindir ki, həm onun Konstitusiyası, həm də Azərbaycan Konstitusiyası ümumilikdə hüquqi baxımdan uzunmüddətli sülhün bərqərar olması üçün problem ola bilməz: "Konstitusiya dəyişikliklərimizə gəlincə, yaddaşınızı təzələməyə dəyər, biz bu barədə 2018-ci ildən danışırıq, bu, bizim işimizdir, buna daxildə qərar verilməlidir".
Xarici işlər naziri vurğulayıb ki, Ermənistan-Azərbaycan danışıqlarında Konstitusiyaya dəyişikliklər gündəliyə daxil deyil.
Ağarza Elçinoğlu