Moskvada hündürmərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılan kişi sağ qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, 14-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılan kişi kondisionerin mühərriki sayəsində sağ qalıb. Mühərrikə asılan kişi yerli sakinlərin diqqətindən yayınmayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub. Məlumata görə, moskvalı sərxoş olub və 14-cü mərtəbədən yıxılıb.