Bu gün səhər Pekin vaxtı ilə saat 07:38-də (Bakı vaxtı ilə 03:38) Çinin "Chang'e-6" avtomatik planetlərarası stansiyasının uçuş modulu Ayın uzaq tərəfindən götürülmüş torpaq nümunələrini peyk orbitinə çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bu, kosmos səyahətləri tarixində ilk dəfə baş verir. Elm adamları hələ də peykin görünməyən tərəfindən nümunələrə sahib olmayıblar.
Stansiya avtomatik rejimdə xeyli əməliyyat həyata keçirib. Nümunələrin toplanması qazma ilə başlayıb, sonra robot Ay səthindən torpaq və qaya nümunələrini toplayıb.
Ümumilikdə təxminən 2 kq nümunə toplanıb. Onlar hermetik kapsulda möhürlənərək uçuş moduluna yerləşdirilib. Modul kapsulu Ayın orbitinə qaldırıb, daha sonra modula qoşulacaq və Yerə qayıdacaq. Bundan sonra nümunələr təxminən üç həftə ərzində Yerə göndəriləcək.
"Chang'e-6" missiyası 3 may 2024-cü ildə buraxılıb. Mayın 9-da stansiya Ayın orbitinə daxil olub. Aya eniş iyunun 2-də baş tutub.
Ağarza Elçinoğlu