Ermənistan parlamentində müxalif "Ermənistan" fraksiyasının katibi Artsvik Minasyanla xarici işlər naziri Ararat Mirzoyan arasında gərginlik yaşanıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Mirzoyan Minasyanın muxtariyyətlə bağlı dediklərinə belə cavab verib: "Qarabağın muxtariyyətini deyirsiniz? Çox gözəl, ancaq Qarabağda ermənilərin qalmadığı indiki zamanda və belə bir şəraitdə bunu deyirsiniz. Qarabağda ermənilər olanda və biz bu cür məsələlərdən danışmağı təklif edəndə onlar bizi satqın adlandırırdılar".
Mirzoyan bundan sonra Minasyanın cavab verməsinə icazə verməyib və onu ələ salıb: "Sizi həbs etmək üçün elit türk qoşunlarını gətirməsək, yenidən əlaqə saxlayacağıq".
Ağarza Elçinoğlu