ABŞ Minuteman III qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Vandenberq Kosmik Qüvvələrinin bazası məlumat yayıb. 

"Minuteman III qitələrarası ballistik raketinin operativ sınaq buraxılışı çərşənbə axşamı, iyunun 4-də Vandenberq Kosmik Qüvvələri bazasından həyata keçirilib", - bazanın press-relizində deyilir.

Ağarza Elçinoğlu