ABŞ-nin Tennessi ştatının Knoxville şəhərində yaşayan 28 yaşlı Mark və 25 yaşlı Kloe Mansur cütlüyü həyatlarının şokunu yaşayıb.
"Unikal" xəbər verir ki, altı həftə əvvəl körpələrini qarşılayan cütlüyün həyatı 8 ildir birlikdə yaşadıqları haski itinin körpələrinə hücum etməsi ilə alt-üst olub.
Əvvəllər çox sakit olan və illərdir heç bir hücum əlaməti göstərməyən itin heç bir səbəb olmadan körpəyə beşikdə ikən hücum etdiyi açıqlanıb. Körpə Ezra qan içində xəstəxanaya aparılıb. 6 gün reanimasiyada saxlanılan körpə bütün müdaxilələrə baxmayaraq həyata davam gətirə bilməyib.
Ölən uşağın orqanlarının bağışlanacağı bildirilib.
Bildirilib ki, hadisədən sonra haski cinsli it sığınacağa aparılaraq 10 gün karantində saxlanılıb. Hadisə ilə bağlı araşdırma başlansa da, itin aqibətinin necə olacağı hələlik məlum deyil.
Gülayə Mecid