"KrasAvia" aviaşirkətinə məxsus An-26 təyyarəsi Krasnoyarsk diyarının Dikson hava limanında uçuş-enmə zolağından çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"Təyyarənin göyərtəsində 23 sərnişin olub", - məlumatda deyilir.
Təyyarə Norilskdən nizamsız çarter reysi həyata keçirirdi. Faktla bağlı digər təfərrüatlar verilmir.
Ağarza Elçinoğlu